Saatlıda ağacların qanunsuz kəsilməsi faktı aşkar edilib

Saatlıda ağacların qanunsuz kəsilməsi faktı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Saatlı rayonu ərazisində ağacların qanunsuz kəsilməsilə əlaqədar daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, aparılan araşdırma zamanı Saatlı rayonunun Bəylər kəndində yerləşən "Sərin" restoranının ərazisində Mil-Muğan Meşə Meliorasiya İdarəsinə aid meşə sahəsində yaş köküstə, müxtəlif diametrli 5 ədəd göyrüş, eləcə də yol kənarında müxtəlif vaxtlarda 7 ədəd söyüd və 8 ədəd müxtəlifcinsli ağacların kəsildiyi müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub və təbiətə dəymiş ziyana görə Mil-Muğan Meşə Meliorasiya İdarəsinə qarşı inzibati tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə