Öz körpəsini öldürən erməni qadının vəhşiliyi

Öz körpəsini öldürən erməni qadının vəhşiliyi

Gümri sakini bir yaşlı uşağını öldürməkdə ittiham olunur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, cinayət işi təmin edilməsi və məhkəməyə təqdim edilməsi üçün nəzarətçi prokurora göndərilib. Ermənistan İstintaq Komitəsində anası tərəfindən bir yaşlı uşağın öldürülməsi barədə cinayət işinin ibtidai istintaqına son qoyulub.

İlkin araşdırmada bir sıra hallar aşkarlanıb. Xüsusilə aşkar edilib ki, 30 avqust 2019-cu il tarixində Gümrü şəhərində yaşayan qadın 2018-ci il təvəllüdlü uşağının qollarını və ayaqlarını yapışqanlı lentlə bağlayaraq həyətdəki zibil qablarından birinə atıb. Məhkəmə müayinəsi nəticəsində o da müəyyən olunub ki, uşaq boğulub. Qadın Cinayət Məcəlləsinin 104 –cü maddəsi ilə həbs olunub. Cinayət işi təmin edilməsi və məhkəməyə təqdim edilməsi üçün nəzarətçi prokurora göndərilib.

Hər bir halda, öz körpəsini öldürən erməni qadının vəhşiliyi Ermənistanda, yaxud harada olmasından asılı olmayaraq cəzasız qalmalı deyil. Çünki, bu hal insanlıq üçün ən böyük faciə, vəhşiliyi aşılayan ən vacib bir həyəcan siqnalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə