ABŞ Azərbaycana, Türkmənistana və Qazaxıstana hərbi dəniz qüvvələrini inkişaf etdirməkdə kömək edəcək

ABŞ Azərbaycana, Türkmənistana və Qazaxıstana hərbi dəniz qüvvələrini inkişaf etdirməkdə kömək edəcək

Amerika Birləşmiş Ştatları üç Xəzəryanı ölkəyə - Azərbaycana, Türkmənistana və Qazaxıstana hərbi dəniz qüvvələrini inkişaf etdirməkdə kömək etməyi planlaşdırır.

SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, İran və Rusiyanın da daxil olduğu 5 ölkənin Xəzərin getdikcə aktuallaşan təhlükəsizliyi ilə bağlı atdıqları addımlar fonunda bu gərəkli təklif olar. Çünki Rusiya və İran artıq Xəzər dənizində kifayət qədər güclü hərbi dəniz qüvvələrinə sahibdirlər. Neftlə zəngin bu su hövzəsində təhlükələrin daim arta biləcəyini proqnozlaşdıran rəsmi Vaşinqton Azərbaycan, Türkmənistan və Qazaxıstana hərbi qüdrətini artırmaq üçün kömək etməklə qüvvələri balanslaşdırmağı düşünür.

Dövlət Departamentinin hələ mürəkkəbi qurumamış 875 səhifəlik sənədində bu məsələyə hansı səbəbdən bu qədər pulun xərcləməsinin səbəbləri açıqlanır. Bununla da Xəzər dənizinə çıxışı olan üç dövlətin - Azərbaycan, Türkmənistan və Qazaxıstanın demək olar ki, sıfırdan formalaşdırılan dəniz qüvvələrinin inkişafı üçün bu qədər para xərcləməklə ABŞ əslində öz maraqlarını təmin etmiş olur. Heç təsadüfi deyil ki, xüsusən İran Vaşinqtonun bu hərəkətindən çox narahatdır. Əlbəttə Tehran Xəzərin cənubunda əldə etdiyi nisbi üstünlüyü əldən vermək istəmir. Dəniz qüvvələrində iri patrul katerləri, hava hücumundan müdafiə və hücum silahları, çoxsaylı canlı qüvvəsi olan İran Xəzərin sektorlara bölünməsi məsələsində dirəniş göstərməsinin, Azərbaycana, eyni zamanda digər sahilyanı dövlətlərə təzyiq etməsinin arxasında da, əlbəttə, əzələ nümayişi dayanır.

Bütün xəbərlər Facebook səhifəmizdə