AMEA Tarix Muzeyinin maddi-texniki bazası möhkəmləndiriləcək

AMEA Tarix Muzeyinin maddi-texniki bazası möhkəmləndiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarının restavrasiyası, habelə tarixi əhəmiyyətli yeni muzey əşyalarının alınması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

 

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ayrılmış vəsaitdən Milli Azərbaycan Tarixi Muzeyinin təqdim etdiyi plana əsasən aidiyyəti üzrə istifadə olunmasına nəzarəti təmin etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə