Adil Qəribov: “Yaponiyada baş vermiş zəlzələ nəticəsində yaranan radiasiya nə qonşu dövlətlərə, nə də ki Azərbaycana təsir göstərə bilməz” - MÜNASİBƏT
"Yaponiyada baş verən zəlzələ nəticəsində atom elektrik stansiyasındakı reaktorun özündə partlayış olmayıb. Bununla bağlı mətbuatda yanlış məlumat verilib". Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. O bildirib ki, reaktorun üst müdafiə korpusları hissəsində partlayış gedir və Orada da partlayan reaktorun tərkibindən ayrılan hidrogen qazıdır. Onun sözlərinə görə, hidrogen qazının partlaması nəticəsində ətraf mühitə qaynar zonadan ayrılmış yüngül parçalanma məhsulları - təsirsiz qazlar, yod, sezium izotoplarıdır.
"Onlar da hidrogenlə birgə çıxaraq yuxarı hissədə partlayır və mühitə yayılır. Ona görə də həmin kiçik miqdarda parçalanma məhsullarının tərkibində olan radiaktiv qazlardan söhbət gedir. Bunun da uzaq məsafəyə getmək ehtimalı yoxdur, çünki onun miqdarı azdır. Radiasiya fonunun maksimum qiyməti Rusiya mütəxəssislərinin dünənki ölçməsinə görə, 500 mikroziveldir. Bu bizim üçün heç bir şeydir. Bizim kimi A kateqoriyalı adamlar gündəlik həmin radiasiyada işləyirik. Bu qorxulu bir radiasiya deyil. Amma indi yaşayış zonalarına bununla bağlı müəyyən məhdudiyyət qoyulduğu üçün Yaponiya hökuməti 30 km məsafədə yaşayış məntəqələrini boşaldıb. Bir daha deyirəm ki, təşvişə heç bir əsas yoxdur. Yaponiyada baş vermiş zəlzələ nəticəsində yaranan radiasiya nə qonşu dövlətlərə, nə okeana yaxın ölkələr, nə də Azərbaycana təsir göstərə bilməz. Əgər Yaponiyada Çernobil variantı baş versə belə, radiasiya buludları həmin ərazidə çökəcək, quru materikə gəlib çıxmayacaq. Mənə elə gəlir ki, beynəlxalq ictimaiyyətin heç bir təşvişinə ehtiyac yoxdur", - deyə A.Qəribov əlavə edib.
Azərbaycanda radiasiyalı ərazilərə gəlincə, institutun direktoru bildirib ki, ölkədə radiasiyaya məruz qalan ərazi yoxdur. Onun sözlərinə görə, Azərbaycanda bəzi ərazilərdə lokal çirklənmələr var ki, bu da neft-qaz istehsalı, texnogen xarakterli işlərimizlə əlaqədardır: "Bu ərazilər də çox kiçikdir və sahələri metr-kvadratla ölçülür. Ümumi şəkildə Azərbaycanda belə çirklənmə zonaları yoxdur".
Qəbələ RLS-in radisasiya təhlükəsinə gəlincə, A.Qəribov qeyd edib ki, burada elektro maqnit dalğalarıdır. Onun sözlərinə görə, Qəbələ RLS-i elə qurublar ki, bura heç bir ionlaşdırılmış qaz buraxmır, gedən və qayıdan şüaların heç biri yaşayış məntəqlərini tutmur: "Bunun yan dalğaları tutur, onlar da elə bir qorxulu fəsadlar yaratmır. Yerdə təbii şəraitdən, sudan asılı olaraq müxtəlif xəstəliklər ola bilər, insanlarda təbii proseslər də baş verə bilər, ancaq bunun hamısını Qəbələ RLS-lə bağlamaq düzgün deyil. Radiasiya Problemləri İnstitunun mütəxəssisləri Qəbələ RLSdə və ətrafında iki il araşdırma apardı və ciddi bir pozuntu aşkara çıxarmadı. Elektromaqnit dağları insanları tutsa təsir edər, ancaq Qəbələdə bu tutmur. Bu saat Bakı və bütün dünya ölkələrinın hamısına elektron maqnit dalğaları təsir edir. Gündəlik telestudiyanın, hərbi qurğuların, mobil telefonların dalğa uzunluqları fərqli olsa belə, elektro maqnit dalğaları var. Bizdən asılı olmayaraq bu cəmiyyətdə yaşayırıqsa, mövcud vəziyyətlərə adaptasiya oluruq. Qəbələ RLS-in də yan dalğaları həmin dalğalar tərkibindədi. Qəbələ RLS tikilərkən ən xırda nüanslar da burada nəzərə alınıb ki, insanların sağlamlığına heç bir ziyan dəyməsin. Yan dalğalar bitkilərə müəyyən dərəcədə təsir edə bilir. Tərkibində dəmir çox olan bitkilər ondan ziyan çəkə bilər. Bu, məsələn, qızıləhmədi alması, qarağac və digər bitkilərə təsir edə bilir. Amma insanlar üçün olan faktorla hələ ki, rastlaşmamışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB