Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan guya ki, 1915-ci ildə Osmanlı imperiyası tərəfindən törədilən qondarma erməni soyqırımının ABŞ Senatı tərəfindən qəbul olunmasına sərt, hətta çox kəskin reaksiya verib. SİA xəbər verir ki, bu barədə Türkiyə mediası ilə yanaşı, Ermənistanın, hətta Rusiyanın da mətbuat orqanları məlumat yayıblar.

Yayılan məlumatlarda qeyd olunur ki, ABŞ Senatına cavab olaraq Ərdoğan bəyan edib ki, Türkiyə parlamenti də Amerikada hinduların soyqırımını qəbul edə bilər.

Rusiyaya məxsus RİA Novosti Türkiyənin A Haber telekanalında Ərdoğanın çıxışında sitatlar da gətirib.

“Biz 1915-ci ildə baş verən hadisələrlə bağlı milyonlarla sənəd üzə çıxardıq. Gəlin baxın və araşdırın. Biz əlimizdəki sənədlərə əsaslanaraq danışırıq. Sizin əleyhinizə eyni şəkildə parlamentimizin qərarı ilə bizim də çıxış etməyimiz lazım gəlir. Biz də bunu edəcəyik. Məgər Amerikadan danışarkən hindular barədə susmaq olarmı? Bu ABŞ tarixinin rüsvayçı səhifəsidir”, deyə Türkiyə prezidenti sərt şəkildə reaksiya verib.

Ərdoğan həmçinin bəyan edib ki, Senatın Ankara əleyhinə sanksiya tətbiqinə cavab olaraq, Türkiyə ABŞ-ın İncirlik və Kürəcik bazalarına girişinə qadağa qoya bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...