"Heydər Əliyev Azərbaycanın yaradıcısı, qurucusu, banisidir" ÖZƏL-MÜNASİBƏT

"Bu gün bütün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir. Heydər Əliyev Azərbaycanın yaradıcısı, qurucusu, banisidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədr müavini, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.

"Bildiyiniz kimi o dövrdə Azərbaycan uçuruma doğru gedirdi. Azərbaycan adlı məmləkətin yer üzündə qalıb-qalmaması sual altında idi. Yenicə müstəqilliyinə nail olmuş Azərbaycan onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. İnsanlarda sabaha heç bir ümid yox idi, torpaqlarımız bir-birinin ardınca erməni qəsbkarları tərəfindən zəbt edilir, soydaşlarımız öz əzəli torpaqlarından deportasiya olunurdu. Ölkədə hərc-mərclik baş alıb gedirdi və dövlətimiz müxtəlif yerlərdən idarə olunurdu. Belə bir çətin məqamda Azərbaycan dövlətini, xalqını, millətini sevən, onun müstəqilliyini qoruyub saxlamaq istəyən ziyalılarımız Heydər Əliyevə müraciət etdi. Xalq anlayırdı ki, yeganə bu durumdan Azərbaycanı xilas edə bilən bir şəxs şəxs var O da Ümummilli Liderimiz Heydər Əliyevdir. Ulu Öndərin dönüşü insanlarda sabaha bir ümid yaratdı. O dövrdə insanlar göz yaşları ilə Heydər Əliyevin qayıdışını qəbul etdi. Bu göz yaşları sevinc göz yaşları idi və sabaha bir ümid göz yaşları idi. Heydər Əliyev də gözəl anlayırdı ki, ölkədə siyasi sabitliyə nail olmadan heç bir müstəqillikdən, tərəqqidən, inkişafdan söhbət gedə bilməzdi. Təbii ki, çox çətinliklə də olsa xalqın, millətin ən sağlam qüvvələrini separatçı qüvvələrə qarşı yönəltdi. Qısa bir zamanda müstəqilliyimizin qorunub saxlanılmasına nail olundu, ölkədə əminamanlıq, sabitlik yarandı. Bu gün Azərbaycan xalqı bugünkü günə görə Heydər Əliyevin ruhu qarşısında hamılıqla baş əyir və buna borcludur"-deyə, sədr fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...