Gəncənin hündürmərtəbəli binalarında lift problemi həll olunur

Gəncənin hündürmərtəbəli binalarında lift problemi həll olunur

Gəncə şəhərinin hündürmərtəbəli binalarında mövcud liftlərin əksəriyyəti sovetlər dönəmində quraşdırılıb. Yəni bu liftlərin əksəriyyəti köhnədir və istifadə müddətini başa vurmaq üzrədir. Hazırda şəhərin hündürmərtəbəli binalarında əhaliyə 190-dan artıq lift xidmət göstərir. Bunlardan 58-i yenilənib, 24 sözügedən texnika isə modernşləşdirilib.

Gəncə Rayonlararası İxtisaslaşdırılmış Lift İdarəsinin rəisi Ələddin Atayevin SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, ölkənin ikinci böyük şəhərinin hündürmərtəbəli binalarındakı lift probleminin həlli istiqamətində bir sıra tədbirlər planı hazırlanıb. Bunlardan ən önəmlisi dövlət proqramının qəbul olunmasıdır. Yeni tədbirlər planına görə Gəncə şəhərində 68 yeni lift istifadəyə veriləcək. Artıq cari ilin müavafiq dövrü ərzində 10 lift yenilənib. Əlavə 20-dən cox lift istifadəyə yararlı vəziyyətə gətirilib. Qoyulan tapşırığa əsasən may ayına kimi əhalinin xidmətinə 60-dan artıq yeni lift veriləcək.

Ə.Atayevin sözlərinə görə köhnə liftlərin vaxtında təmir edlilməməsinin ən başlıca səbəbi sakinlərin liftə görə aylıq ödənişdən yayınmasıdır. Rəsmi olaraq il ərzində Lift İdarəsi dövlətə 16 min 260 min manat məbləğində pul keçirməlidir ki, bu məbləğin isə cəmi 30 faizi yığılır.

Bütün xəbərlər Facebook səhifəmizdə