Güktəkin Hacıbəyli “Azadlıq” qəzetinin hədəfində olarkən... TƏRS BAXIŞ

“Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəylinin vaxtilə müxalifət tərəfindən “atəşə” tutulması faktı...

İndi, bu “mübariz qadın” həmin qəzetin müdiri olan Əli Kərimlinin "gözünün işığı", "namusu", "qeyrəti", hətta arxalandığı filan yeri olub. SİA xatırladır ki, “Azadlıq” qəzetinin 2-3 oktyabr 2005-ci il tarixli 208-ci (2871) sayında “Azadlıq” blokunun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən vahid namizədi Elçin Rzayevin müsahibəsində oxuyuruq: SİTAT: “…İndi dairənin seçiçilərini ən çox bir məsələ maraqlandırır. Onlar Gültəkin Hacıyevanın hansı üzlə yenidən namizədliyini bu dairədən irəli sürməsini başa düşə bilmirlər. Özünü avropalı xanım sayan Gültəkin Hacıyeva, görəsən Avropanın demokratik dəyərlərinə niyə sayğı göstərmir? Onun hələ bu əraziyə gəlib əhalinin hansısa problemilə məşğul olduğunu, insaların gün-güzəranı ilə maraqlandığını görən olmayıb. Rayonda onun nüfüzu olduqca aşağıdır. Haqqında uzun-uzadı söz-söhbətlər dolaşır...”

Gültəkin Hacıbəyliyə müxalifətə keçdikdən sonra “mələk” statusu verilib???

Təəssüf ki, həmin söhbətlərin nədən ibarət olduğu açıqlanmayıb, yoxsa, əminik, məqalə daha da maraqlı alınardı. Amma bütün hallarda bir daha xatırladaq ki, bunu yazan “Azadlıq” qəzetidir. İndi Gültəkin Hacıbəyliyə və onun yalanlarına, hap-goplarına, basıb-bağlamaqlarına və daha nələrinə-nələrinə ciddi-cəhdlə, özünü sözün əsl mənasında ülgücləməklə dəstək verən qəzetin sosial şəbəkə variantı, görəsən, nə dəyişib??? Yoxsa Gültəkin Hacıbəyliyə "müxalifətə" keçdikdən sonra "mələk" statusu verilib???

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...