“Qanunvericilik orqanlarında belə islahatların həyata keçirilməsi təbiidir” RƏY-ÖZƏL

“Qanunvericilik orqanlarında belə islahatların həyata keçirilməsi təbiidir” RƏY-ÖZƏL

"Müxalifət düşərgəsini təmsil edən şəxslər indiyə kimi nəyə yaxşı deyiblər ki? Növbədənkənar parlament seçkilərin keçirilməsi parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının təklifidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sölzərinə görə, çünki ölkədə istər icra strukturlarında, istərsə məhkəmə orqanlarında çox səmərəli islahatlar həyata keçirilib: "Qanunvericilik orqanlarında belə islahatların həyata keçirilməsi təbiidir. Bu dünya praktikasında var. Baxın Avropa ölkələrinə müəyyən məsələlərlə bağlı növbədənkənar seçkilər keçirilir və parlament yeniləşir. Bir sözlə, çox yaxşı haldır ki, bizdə parlament dövlətin qarşıya qoyduğu vəzifələri müvəffəqiyyətlə yerinə yetirir. Ölkə rəhbərinin siyasi xəttini, xalqın maraqlarını müvəffəqiyyətlə həyata keçirib. Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının mövqeyi ondan ibarətdir ki, növbədənkənar parlament seçkiləri keçirilsin. Bu seçkilərdə xalq öz sözünü desin və parlamentə yeni üzvilər seçsinlər. Yəni bunu şouya çevirmək, nə isə siyasi məqsədlə üçün istifadə etmək onsuzda Əli Kərimlinin, Arif Hacılı və digərlərinin daimi əllərində tutduğu əsasdır. Demək olar ki, adları çəkilən bu şəxslər hər bir şeyə qarayaxırlar. Onsuzda müxalifət düşərgəsini təmsil edən şəxslər keçirilən bütün islahatlar haqqında mənfi fikirlər söyləyirlər. Ancaq onların hay-küyü boş qazanı danqıltmaqdan başqa bir şey deyil".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə