“Həmsədrlər Ermənistana təzyiq etməlidir” RƏY-ÖZƏL

“Həmsədrlər Ermənistana təzyiq etməlidir” RƏY-ÖZƏL

"İndiyə Ermənistan tərəfinin davranışlarını təhlil etdikdə görünür ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunması üçün iki ölkənin rəhbərliyinin növbəti görüşünün keçirilməsi üçün konstruktivlik elementləri yetərincə deyil". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyir. Onun sözlərinə görə, görüşə qədər heç olmasa xarici işlər nazirləri səviyyəsində irəliləyişləri təsvir edəcək sənədlərin hazırlanması mümkün olsaydı o zaman Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında görüşünün də səmərəli olacağı barədə danışmaq olardı: "Bu gün danışıqlar prosesi dayanıb, ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar prosesini canlandırmağa səy göstərir və bunu da iki ölkənin rəhbəri arasında görüşünü təşkil etməklə həyata keçirmək istəyirlər. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana qarşı müəyyən təzyiqlər etməli və Ermənistanın qeyri-konstruktiv mövqeyini açıq aşkar onun üzünə söyləməlidir. Yəni gözümüzün önündə Ermənistan tərəfi faktları saxtalaşdırmaq və bütövlükdə işğalçılıq məsuliyyətini öz üzərindən atmağa uğursuz cəhd edir. Ümumiyyətlə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması üçün əllindən gələn hər şeyi edir. Əlbəttə ki, işğalçı ölkə Ermənistanın bu cür hərəkətlərinə görə, ATƏT-in Minsk Qrupu və beynəlxalq təşkilatlar lazımı cavabını verməlidirlər. Belə bir şəraitdə prezidentlərinin növbəti görüşünün nəticə verəcəyini də düşünmək çətindir. Əgər ATƏT-in Minsk Qrupu həmsədrləri də, BMT-də və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşləri keçirmək istəyirlərsə bu müsbət haldır, amma bu görüşdə irəliləyişlərə nail olmaq istəyirlərsə Ermənistanı konstruktiv olmağa dəvət etməlidirlər".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə