"Bu gün ölkəmiz bir çox beynəlxalq görüşlərin məkanına çevrilib" ÖZƏL-MÜNASİBƏT

"Bu gün ölkəmiz bir çox beynəlxalq görüşlərin məkanına çevrilib" ÖZƏL-MÜNASİBƏT

"Rusiya ilə NATO-nun ali hərbi komandanlığının yenidən Bakıda görüşmələri ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, dünyanın güc mərkəzlərinin görüşlərinin keçirilməsi heç də təsadüfi seçilməyib: "Bu gün ölkəmiz bir çox beynəlxalq görüşlərin məkanına çevrilib. Azərbaycana böyük etimad göstərilir. Dünyanın sülh və təhlükəsizlik razılaşmalarının danışıqları məhz ölkəmizdə baş tutması möhtərəm Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olmasında, Rusiya ilə əlaqələrin yüksək səviyyədə olmasında rol oynayır. Ümidvarıq ki, bu cür görüşlər planetdə sülh və sabitliyə töhfə verəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə