Əsgər intiharları Ermənistanda adi hala çevrilib

Əsgər intiharları Ermənistanda adi hala çevrilib

Ermənistanda yenə də əsgər intihar edib. SİA Ermənistana məxsus armLur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Respublikasının Müdafiə Nazirliyi də təsdiqləyib.
Məlumatda qeyd olunur ki, Noyemberyan N hərbi hissəsində bədbəxt hadisə baş verib. Nazirliyin sözçüsü Arsrun Ovannisyan məlumatı təsdiqləsə də intihar edənin kim olduğu, niyə belə etdiyi barədə suala cavab verməkdən imtina edib. Ovannisyan daha ətraflı məlumat veriləcəyini bildirib.
Görünür, hadisənin harada, nə səbəbə və necə baş verdiyi Ermənistan Respublikasının Müdafiə Nazirliyi tərəfindən gizlədilir. Səbəb təbii ki, bəllidir, nazirlik Ermənistanda əsgər intiharlarının adi hala çevrildiyini gizlətməyə maraqlıdır və ictimaiyyət arasında həyəcan yaranması təhlükəsindən ehtiyat edilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə