Zakir Həsənov və Fikrət Demirtaş Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının komandanı, general-leytenant Zakir Həsənov və Azərbaycanda səfərdə olan Türkiyə Jandarma Qüvvələri Baş Komandanlığın qərargah rəisi, general-polkovnik Fikrət Demirtaş Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər.
SİA-nın məlumatına görə, ziyarət Azərbaycan Daxili Qoşunlarının yaranmasının 19-cu ildönümü ilə əlaqədar həyata keçirilib.
Türk Şəhidliyi abidəsi önündə isə "Azərbaycanda mövcud olan şəhidliklər və şəhid məzarlıqları" kitabı təqdim olunub. Məlumat verilib ki, 1918-ci ildə türk qoşunları Azərbaycanda ümumilikdə 1180 şəhid verib. Bildirilib ki, türk şəhidlərinin məzarlıqlarının biri Bakı şəhərində, digər 5-i isə Azərbaycanın müxtəlif bölgələrindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB