Fuad Muradov: “Gənclərin nədən narazı olduqları, nə istədikləri bilinmir” - MÖVQE
"Bu gənclər nəyə etiraz edir, nə istəyirlər bilinmir". SİA-ya açıqlamasında bu sözləri millət vəkili, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov son günlər "Facebook" sosial paylaşma saytında gənclərə ünvanlanan çağırışlara münasibət bildirərkən deyib.
Həmin gənclərin hər hansı bir məsələ ilə bağlı etirazı olarsa onlarla görüşməyə hazır olduğunu deyən millət vəkili bildirib ki, istər "Facebook"da, istərsə də "Twitter"də olan narazılıqların mənbəyi bilinmir: "Biz araşdıranda gördük ki, onların əksəriyyəti xaricdə olanlardır, xaricdən öz fikirlərini yazırlar. Azərbaycan demokratik ölkədir, gənclər üçün bütün şərait yaradılıb. Hər hansı bir gənclər qrupu nədənsə narazı olsa, onlar öz fikirlərini bildirə bilərlər. Bu gənclərin isə nədən narazı olduqları ortada yoxdur".
Millət vəkili həmçinin bildirib ki, çağırışların gündəmdə olduğunu da demək olmaz: "Çünki aksiya ilə bağlı dəqiq tarix, nə də keçiriləcəyi yer ortalıqda yoxdur. Ortalıqda olmayan bir məsələnin bu qədər ictimailəşdirilməsinin əleyhinəyəm. Üç, beş, iyirmi gənc hansısa problemlə üzləşə bilər, fikirlərini bildirə bilərlər. Onlar bu fikri bizə deməli, biz də eşitməliyik. Amma bu etirazların mənbəyi məlum deyil. Azərbaycan güclü dövlətdir və biz bunu bilərək istənilən şəxslə müzakirə apara bilərik. "Biz bunu istəmirik, bu belə olmalıdır" şəklində fikirlər olmamalıdır. Araşdırmaların nəticəsi budur ki, sosial parlaşım saytlarında bir adamın beş-altı ad altında bölməsi var. Yəqin ki, bu addımı atmaqla onlar özlərinin virtual "həmfikir"lərini təqdim etmək isəyindədirlər. Xaricdə olan insanlar bu işdə daha fəaldırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB