"Başqa ölkələrdə xoşbəxtlik tapmaq o qədər də uğurlu gediş deyil" - MÖVQE

"Başqa ölkələrdə xoşbəxtlik tapmaq o qədər də uğurlu gediş deyil" - MÖVQE

Başqa ölkələrdə xoşbəxtlik tapmaq o qədər də uğurlu bir gediş deyil. Həmin xoşbəxtliyi Azərbaycanda da tapmaq mümkün idi, lakin indiki müasir gənclər və onlardan yararlanmağa çalışan qüvvələr bundan istifadə etdilər. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, bu minvalla Avropaya köçən gənclər var: "Həqiqətən elm, təhsil ardınca gedənləri qəbul edirəm. Amma öz ölkəsini pisləmək, demokratiyadan tutmuş hər cür Azərbaycan haqqında nifrətlər yağdırdıqdan sonra saxta sənədlərlə gedib başqa ölkələrdə yerləşənləri yox. Almaniyada prosesin başlamasının səbəbi məhz Azərbaycandan gedənlərin 90 faizinin yalanla getməsi olub".

Politoloq bildirib ki, onlar mitinqlərdə çıxıb yalandan polisə yaxınlaşıb polisi təhqir edərək, yaxud polis yolu açmaq istəyərkən və yaxud insanları kənarlaşdırmaq üçün bəzi vaxtlar kobudluqla davranmasından yararlanırlar: “Təəssüf ki, özünü müxalifət partiyası adlandıran partiyalarda da hazır mövzular, blanklar var. Bu məsələ uzun müddətdir Azərbaycanda gündəmdədir ki, qeyri-qanuni yolla bundan yararlanmağa çalışırlar. İnsanlara bu blankları sataraq saxta şəkildə göstərirlər ki, bu vətəndaş müxalif partiyanın üzvüdür. Və burada daha çox Müsavat və AXCP-nin adları hallanır”.

C.Nuriyev vurğulayıb ki, çox təəssüflə deyirəm Rəsulzadənin yaratdığı bir partiya görün nə hala salınıb. “AXCP-dən mən başqa bir şey gözləmirdim və məni təəccübləndirmədi. Lakin Müsavat partiyasının bu işə qoşulması artıq bu insanların dəyərsiz olduğunu sübut edir. Bu saxta blankları satan adamlar kimliyindən və hansı partiyanın üzvü olmasından asılı olmayaraq dəyərsiz və şərəfsizdirlər. Çünki bu adamalar öz şəxsi maraqları üçün insanların həyatları ilə oynayıblar. Amma qürbət nə qədər xoş olsa da, yenə də vətən yaxşıdır”.

Politoloq sonda qeyd edib ki, mən qanunsuz gedənlərin hər birinə deyərdim ki, nə qədər gec deyil qayıdın vətənə: “Artıq Almaniyada 7 nəfər həbs olunub. Təəssüf ki, bu işlərə rəhbərlik edənlərin biri Azərbaycanda təcridxana müdiri olub. Orada olanlar da, onları ora göndərənlər də haram pul qazananlardır. Bütün hallarda bu nə Azərbaycan üçün, nə müxalifət üçün başucalığı gətirəcək bir şey deyil. Hətta özünün erməni kimi, başqa xalqın nümayəndəsi kimi qələmə verənlər də var. Çox təəssüf ki, bu acı həqiqətdir”.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə