Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyəyə səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən xəbər verilib.
A.Əzimov Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı (USAK) tərəfindən təşkil edilən "Azərbaycanın Xarici Siyasəti: İmkanlar və Problemlər" adlı konfransa qatılacaq. Xarici işlər nazirinin müavini həmçinin Bilkent Universitetinin təşkil etdiyi "Regional Təhlükəsizlik: Azərbaycan-Türkiyə əlaqələri" konfransında da çıxış edəcək. A.Əzimov 11 martda Azərbaycana qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB