İstanbul Konvensiyasının Ermənistanda yaratdığı xof

İstanbul Konvensiyasının Ermənistanda yaratdığı xof

Görəsən bu konvensiya niyə belə reaksiyaya səbəb olub? SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bunu dövlət hüquq məsələləri daimi komissiyasının sədri Vladimir Vardanyan bu gün parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Vardanyan İstanbul Konvensiyası ilə bağlı Avropa Şurası nümayəndələri ilə qapalı müzakirələrə toxunaraq ermənilərin narahatlığına görə həyəcan keçirdiyini də gizlətməyib.

"Sizi əmin edirəm ki, Ermənistan tərəfindən ratifikasiya edilmiş bir çox konvensiya var", deyən komissiya sədri bu konvensiyadan qorxuya düşən həmvətənlərini sakitləşdirməyə çalışıb.

Vladimir Vardanyan İstanbul Konvensiyasının ratifikasiyasına görə erməni narahatlığını etiraf edib və bu səbəbdən də həmvətənlərini sakitləşdirməyə çalışdığı göz qabağındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə