Fazil Mustafa: “Azərbaycanın ərazisindəki hansısa hərbi baza Azərbaycanın razılığı və xəbəri olmadan necə modernləşdirilə bilər?

Fazil Mustafa: “Azərbaycanın ərazisindəki hansısa hərbi baza Azərbaycanın razılığı və xəbəri olmadan necə modernləşdirilə bilər?

Rusiyanın Azərbaycanın ərazisində yerləşən Qəbələ Radiolokasiya Stansiyasını (RLS) modernləşdirməsinə müsbət yanaşmıram. SİA-nın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O, qeyd edib ki, rəsmi Moskvanın Qəbələ RLS-in modernləşdirməsi istəyi bir çox sullar doğurur: "Mən anlaya bilmirəm ki, Azərbaycanın ərazisindəki hansısa hərbi baza Azərbaycanın razılığı və xəbəri olmadan necə modernləşdirilə bilər? Qəbələ RLS-in modernləşdirilməsi deyiləndə nə nəzərdə tutulur? Bəlkə bura hansısa əlavə kontingentin gətirilməsi nəzərdə tutulur?".

 

Millət vəkili son vaxtlar orduda baş verənləri də misal göstərərək hüquq mühafizə orqanları üzərində parlament nəzarətinin təşkil olunmasını vacib sayıb. 5 yaşlı Sevinc Şahlar qızı Həsənovanın qətlinə gəlincə deputat Fazil Mustafa öz çıxışında bildirib ki, insan haqlarının təmin olunması ilə bağlı kifayət qədər qanunlar qəbul edilib, lakin bəzən onların tətbiqi mexanizmləri olmur. Onun sözlərinə görə, dövlət uşaqların hüquqlarının müdafiəsi ilə ciddi məşğul olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə