Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 27-də saat 22.30-dan 22.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.10-dan 19.20-dək və fevralın 28-də saat 04.15-dən 04.20-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB