"Trans Avropa Nəqliyyat şəbəkəsində Azərbaycan böyük rola malikdir" Vasilis Maraqos

"Trans Avropa Nəqliyyat şəbəkəsində Azərbaycan böyük rola malikdir" Vasilis Maraqos

"Bizim üçün əsas məqsəd insanların həyatına təsir etməkdir. Biz görülən işlərdə buna nail olmuşuq. Azərbaycanla ikitərəfli əməkdaşlıq sayəsində həyata keçirilən layihələrə qoyulan maliyyə Avropa insanlarının həmrəyliyinin rəmzidir. Layihələrə qoyulan vəsait insanların gələcəyi naminə xərclənir". SİA-nın xəbərinə görə, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə Rəhbəri Vasilis Maraqos "Şərq tərəfdaşlığının gələcəyi" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, Avropa İttifaqının fəlsəfəsi Avropada rifah sabitlik yaratmaqdır: "2004-2005-ci illərdə anladıq ki, Şərq qonşularımızın inkişafı və təhlükəsizliyin kifayət qədər maliyyə ayrılmalıyıq. Məhz ona görə də biz tərəfdaşlıq edirik. Tərəfdaşlarımız arasında Azərbaycan da var. İkitərəfli müstəvidə bir sıra nailiyyətlərə imza atmışıq. 3 ölkə ilə viza ilə bağlı saziş imzalamışıq. Belarusla bağlı bu səpkidə müvafiq razılaşmanın müddəlarını razılaşdırmışıq. Əsas məqsəd insanların hərəkətini asanlaşdırmaqdır".

Vasilis Maraqosun fikrincə, insanların bir-birilə əlaqə saxlaması və anlaya bilməsi üçün viza rejiminin ləğv edilməsi önəmlidir: "Bu bizim üçün Avropa İttifaqının dəstəyi ilə qarşıya qoyulan hədəflərə nail olmaq üçün əsasdır. Azərbaycanla yeni saziş üzərində çalışırıq. Bu bizim tərəfdaşlığımızı, eləcə də əməkdaşlığımızı daha da gücləndirəcək. Bununla baş verən islahatlar müstəvisində müvafiq təmas yaranacaq. Həm işgüzar, həm də elmi dairələri bütün problemləri həll etmək üçün fikir mübadiləsi aparmaq şəraiti yaradacaq. Biz minlərlə iş yeri yaratmışıq. Azərbaycana gəldikdə biz əsasən özəl sektora üstünlük verməklə 3000 iş yeri açılmasına nail olmuşuq".

Avropa İttifaqı Azərbaycanın ticarət investisiya baxımından əsas partnyoru olduğunu deyən Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə Rəhbəri ortaq iqtisadi maraq hər tərəf üçün konkret rifah əmin-amanlıq yaratmaq naminə həyata keçirilir: "Azərbaycan diqqəti bir sıra təşəbbbüslərə yönəldir, böyük investisiya planı həyata keçirir. Trans Avropa Nəqliyyat şəbəkəsində Azərbaycan böyük rola malikdir. Son illər ərzində minlərlə tələbə, 300-dən çox alimlər "Şərq Tərəfdaşlığı" proqramına qoşulub. Gənclər və insan kapitalı görülən hər iş əsas dirəklərimizdən biridir. Trans Avropa Şəbəkəsi ilə bağlı azərbaycan tərəfindən 2 milyard dollar investisiya qoyulmalıdır. Bu beynəlxalq maliyyə təsisatların iştirakı ilə həyata keçiriləcək təşəbbüsdür. Qanunun aliliyi böyük zərurət kəsb edir. Dəyərlərimizi unutmamalıyıq. Biz bu dəyərləri Azərbaycanla bölüşdürürük. İnanırıq ki, bu baxımdan böyük nailiyyətlərə imza ata biləcəyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə