“Paşinyanın sərsəmləmələri, görüşləri və yalanları anındaca məhv oldu” RƏY-ÖZƏL
"Azərbaycan Prezidenti İlham Əliyevin Soçi şəhərində, “Valday” - Beynəlxalq Diskussiya Klubundakı möhtəşəm çıxışı bir tək Azərbaycanın və azərbaycanlıların deyil, bütün dünyanın diqqətini özünə cəlb edib və artıq həmin çıxış ətrafında bir neçə gündür müsbət anlamda çox ciddi müzakirələr aparılır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, böyük, faydalı və mötəbər tribunada dövlət başçısı öz fikirlərini, öz üslubunu, öz qətiyyətini ən gözəl şəkildə ifadə etdi, Dağlıq Qarabağla bağlı dolğun həqiqətləri və xalqın mövqeyini geniş ictimaiyyətə çatdırdı: "Hər kəsə məlumdur ki, “Valday” həm də dünyanın beyin mərkəzlərindən biridir və orada səslənən mesajların dünya siyasətinə təsiri hansı səviyyədədir. Paşinyanın bir həftədir tirajlanan sərsəmləmələri, görüşləri və yalanları anındaca məhv oldu. Məhz məhv oldu! Paşinyanın nöqtəsi qarşısına böyük bir nida qoyuldu! Ermənistanın avantürist rejimi belə bir dolğun cavabın, qətiyyətin qarşısında susqun və köməksiz qalıb. Cavab yoxdur! Ola da bilməz. Putinin, Lavrovun açıqlamaları, beynəlxalq ekspertlərin şərhləri də onu deməyə əsas, rəvac verir ki, bütün dünya artıq reallıqla barışıb, Azərbaycanın gücünü görür və onun haqlı mövqeyini bölüşür. Paşinyan bu gün həqiqətən saman çöpündən yapışıb, ona görə eyforiyadadır, siyasi rentabelliyi saxlaya, nizamlaya bilmir. İlham Əliyev isə düşmənə siyasi zərbəni, diplomatik siləni lazım olan anda, məqamda vurur. Məhz lazım olan məqamda! “Valday”ın tribunsında səslənən o möhtəşəm fikirlərdən və NİDALI ÇIXIŞdan sonra hələ çox müzakirələr olacaq, çox mətləblər açılacaq. Cənab İlham Əliyev qürur duyulası liderdir, Prezidentdir və Dağlıq Qarabağın düşmən işğalından azad edilməsi də məhz onun rəhbərliyi dövründə olacaq. Buna kimsə şübhə etməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB