“Ermənistan mətbuatına təzyiqlərin arxasından hakimiyyətin qulaqları görünür” İTTİHAM
“Ermənistan mətbuatına olan hər bir təzyiqin arxasından hakimiyyətin qulaqları görünür”. Bu fikirləri özünün “Facebook” səhifəsində Respublika partiyasının vitse-sədri Armen Aşotyan “Ayeli” mətbuat klubuna edilmiş basqın hadisəsini şərh edərkən yazıb.
Aşotyan ümumilikdə qeyd edib ki, onun özü “Ayeli”nin KİV-dəki fəaliyyətini elə də bölüşmür, lakin buna baxmayaraq informasiya sahəsinə edilən istənilən hücum yolverilməzdir.
“Xüsusilə, bənzər hücumların hədəfi müxalifətyönlü KİV və jurnalistlər olurlar”, yazan partiya təmsilçisi istisna etmir ki, belə hücumların arxasından hakimiyyət çıxır.
Xatırladaq ki, oktyabrın 5-də 4 gənc yaşlı insan “Ayeli” redaksiyasını yumurta atəşinə tutublar, sonra isə, özünü David Ovannisyan kimi təqdim edən şəxs adıçəkilən redaksiyanın bağlanılmasını tələb edib. Etirazçılar hücumlarının səbəbi kimi, “Hayeli.am” saytında “Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı” başlıqlı yazısı göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB