Azərbaycan Prezidenti məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu sərəncamda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində və ARDNF-nin büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsünlər.
Nazirlər Kabinetinə bu sərəncamda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək; həmin sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB