Mingəçevirdə əlillər və onların ailə üzvləri üçün kompyuter sinfi açılıb
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə regionlarda kompyuterləşmə və internetin istifadə səviyyəsinin artırılması istiqamətində görülən işlər çərçivəsində Mingəçevirdə əlillər və onların ailə üzvləri üçün ixtisaslaşdırılmış kompyuter sinfinin açılışı olub.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, kompyuter sinfinin açılış mərasimində Milli Məclisin deputatı Aydın Mirzəzadə, RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, Mingəçevir şəhəri İcra Hakimiyyəti və ictimaiyyəti nümayəndələri, eləcə də KİV-lər iştirak ediblər.
Yeni sinfin köməyi ilə məhdud imkanlı insanlar kompyuter bacarıqlarını artıra biləcəklər.
Tədbirdə dövlət tərəfindən ölkə regionlarının inkişafı, o cümlədən müasir texnologiyalardan istifadə və internetə çıxış səviyyəsinin artırılmasına yönəldilən diqqət qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB