"Qanvermə aksiyaları inanclı insanlar üçün mərhəmət amilini daşımaqdadır" ÖZƏL-MÜNASİBƏT

"Qanvermə aksiyaları inanclı insanlar üçün mərhəmət amilini daşımaqdadır" ÖZƏL-MÜNASİBƏT

“Aşura mərasimi İslam dininin qorunmasında öz tarixi əhəmiyyətini daşımaqla yanaşı, eyni zamanda, fədakarlıq və şücaət məktəbi kimi qiymətləndirilir”. Bunu SİA-ya açıqlamasında İçərişəhər Cümə məscidinin dini icma rəhbəri, ilahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli deyib.

“Məhz bu məktəbi doğru-dürüst şəkildə dərk edənlər Allaha, Peyğəmbərə (s.ə.və a. və s.) Onun övladlarına olan sonsuz məhəbbətlərini izhar edirlər”, deyə qeyd edən Hacı Surxay Məmmədli Aşura mərasiminin digər əhəmiyyətləri barədə söhbət açıb və bildirib ki, belə bir gündə ölkədə qanvermə aksiyalarının keçirilməsi savab əməllərin tərkib hissəsidir: “Bu gün, ölkəmizin müxtəlif yerlərində qanvermə aksiyaları keçirilir və bu kimi aksiyalar əhəmiyyətli olmaqla yanaşı, həm də inanclı insanlar üçün bir mərhəmət amilini daşımaqdadır. Çünki Həzrət Hüseyn (ə) də bütün dünyaya öz mərhəməti, insanlığa və dinimizə olan sevgisi yolunda şəhadətə yetişdi. Hər bir insan bu amildən nəticə çıxarmalı və Allah, Peyğmbər (s.ə.və a.və s.) Onun övladları yolunda nəticə çıxarmalıdır. Məhz bu baxımdan, Aşuranın keçirilməsi öz müsbət tərəfləri ilə bütün bəşər övladı üçün bir məktəbdir. Bizlər bu məktəbdən yaxşı əməllər etmək, savablar qazanmaq, qarşılıqlı yardımlaşmaq üçün öyrənməli və öyrətməliyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə