“Azərbaycan tərəfindən düşmənə tutarlı cavab verilir" ÖZƏL-MÜNASİBƏT
“Ermənistan Xarici İşlər Nazirliyi dünya ictimaiyyətinin fikrini yanlış yerə yayındırmaq istədiyi üçün bu cür bəyanatlar verir”. Bunu SİA-ya Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistan XİN-in cəbhə xəttində gərginliyin artmasına dair verdiyi açıqlama ilə bağlı danışarkən deyib.
Politoloq qeyd edib ki, son zamanlar cəbhədə Ermənistanın sülhü pozmaq addımları birmənalı olaraq bu dövlətin aqressiv, eyni zamanda işğalçı siyasətindən xəbər verir: “Azərbaycan tərəfindən düşmənə tutarlı cavab verilir. Bu, Ermənistan tərəfindən bilərəkdən regionda vəziyyətin gərginləşməsi və Azərbaycan Sərhəd Xidmətinə olan bir təzyiqin nəticəsidir. Burada biz həm geosiyasi amilləri, həm də Ermənistanın daxilində gedən prosesləri nəzərə almalıyıq”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistan tərəfinin bu barədə verdiyi açıqlamaya dair münasibət bildirib: “Bu gün regionda yaşanan gərginliyin, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında “cəbhə bölgəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır. Bu məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyildir. Çünki beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun üç üzv ölkəsinin daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və digər təşkilatların qərarları göz qabağındadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB