Elşən Manafov: “Ermənistan bu günə qədər etdiyi bütün hərəkətlərinə görə cəzalanacaq” RƏY-ÖZƏL

Elşən Manafov: “Ermənistan bu günə qədər etdiyi bütün hərəkətlərinə görə cəzalanacaq” RƏY-ÖZƏL

“Ermənistanın təcavüzkar hərəkətlərinə dünya birliyinin, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərin göz yuması ikili standartların olmasından irəli gəlir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib. Onun sözlərinə görə, məhz ikili standartlar bugünkü beynəlxalq münasibətlərin, beynəlxalq hüququn baş ağrısına çevrilib: “Təəssüflər olsun ki, beynəlxalq hüququn işlənməsində, hazırlanmasında zamanında söz sahibi olmuş dövlətlər bu gün özləri geosiyasi maraqlardan çıxış edərək beynəlxalq hüququ iflic vəziyyətinə salıblar və mövcud vəziyyətin də əsas səbəblərindən biri məhz budur. Yəni Cənubi Qafqazda geosiyasi maraqların toqquşması təbii ki, müəyyən dövlətlərin, onların siyasi elitalarının Ermənistanın nazı ilə oynaması anlamında qəbul olunur. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında bu və ya digər danışıqlar ərəfəsində təbii ki, Ermənistan tərəfi cəbhə xəttində atəşkəsi pozmağa çalışır. Burada da Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqdır. Bu gün Ermənistanın işğalçı dövlət olduğunu hər kəs çox yaxşı bilir. Sadəcə olaraq, işğalçı ölkəyə layiq olduğu cəzanı vermirlər. Bu da ikili standartların olmasından irəli gəlir. Ümid edirik ki, Ermənistan bu günə qədər etdiyi bütün hərəkətlərinə görə, cəzalanacaq və layiq olduğu cavabı alacaqdır. Onsuzda gec-tez Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılacaq. Çünki o torpaqlar Azərbaycanındır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə