ABŞ Ermənistana yardımın həcmini azaldacaq

ABŞ prezidenti Barak Obama 2012-ci maliyyə ili üçün büdcə layihəsini təqdim edib. SİA-nın "Panarmenian" saytına istinadən verdiyi məlumata görə, büdcədə Avropa, Avrasiya və Mərkəzi Asiyada proqramların icrasına ayrılan maliyyənin 742 milyon dollardan 627 milyon dollara endirilməsi nəzərdə tutulub.

 

Endirimlər Ermənistana da aiddir. Belə ki, ABŞ 2010-cu illə müqayisədə 2012-ci ildə Ermənistana ayıracağı yardımın həcmini də azaldılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə