ABŞ Misirdə baş verənləri diqqətlə izləyir

ABŞ Misirdə baş verənləri diqqətlə izləyir

ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatlar Misirdə nəyin baş verəcəyini gözləyir.

SİA-nın məlumatına görə, Obama bu açıqlamaları Miçiqan ştatında verib. Ağ Evin mətbuat katibi deyib ki, administrasiya rəsmiləri olduqca dəyişkən vəziyyəti diqqətlə izləyir.Gibbsin sözlərinə görə, Birləşmiş Ştatlar Misirdə azad və ədalətli seçkilər üçün keçidin olmasını gözləyir. O, Misir xalqının böyük dəyişikliklər gözlədiyini bildirib.

Bundan öncə ABŞ prezidenti Barak Obama Misir prezidentini dərhal hakimiyyətin keçidi prosesinə başlamağa çağırıb. Obama deyib ki, Misrin gələcəyi xalq tərəfindən müəyyən edilməlidir və dünya Misirdə baş verən hadisələri izləyir və hazırkı vəziyyət bir imkana çevrilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə