Millət vəkili: "Nə qədər ki, Ermənistan təcavüzkar ölkə kimi tanınmayıb o təcavüzkarlığından əl çəkməyəcək" - AÇIQLAMA
"Mən Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllinə nikbin yanaşmıram. Minsk qrupunun fəaliyyəti manipulyasiya xarakteri daşıyır". Bu sözləri millət vəkili Fəzail Ağamalı SİA-ya verdiyi açıqlamasında deyib.
O bildirib ki, təşkilat 18 ildən yuxarıdır ki, Azərbaycanın işğal olunan ərazilərinin azad edilməsi ilə məşğul olsa da, ortalıqda real nəticələr yoxdur. O, çox müxtəlif vaxtlarda münaqişənin həlli ilə bağlı layihələrin işlənib hazırlandığını xatırladaraq söyləyib ki, hər dəfə münaqişənin həllinə yaxınlaşma məqamında Ermənistanın rəsmi dairələri, istər əvvəlki, istərsə də indiki dövlət başçısı tərəfindən müəyyən bəhanələrlə layihələrdən imtina edilib.
"Buna misal kimi Madrid prinsipi ətrafında aparılan danışıqlar zamanı erməni prezidentin müxtəlif bəhanələrlə aradan çıxmasını göstərmək olar. Layihə işlənib hazırlandı və tərəflərə verildi. Azərbaycan kiçik elementlər istisna olmaqla bu təkliflərə razılığını versə də düşmən tərəf gözləmə mövqeyini əsas tutaraq nəticədə qəbul etmədi. Bunun başlıca səbəbi Minsk qrupu həmsədrlərinin məsələyə qeyri-obyektiv yanaşması, Ermənistanı müxtəlif səviyyələrdə müdafiə etməsi və düşmən ölkəni təcavüzkar bir ölkə kimi tanımamasıdır", - deyə millət vəkili vurğulayıb.
F.Ağamalının fikrincə, nə qədər ki, Ermənistan təcavüzkar ölkə kimi tanınmayıb, ciddi təsirlər göstərilməyib, sanksiyalar tətbiq olunmayıb düşmən ölkə öz təcavüzkarlığından əl çəkməyəcək.
Problemin həllini hərbi yolda görən millət vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolu da bundan keçir: "Bu gün Azərbaycanın kifayət qədər güclü ordusu, iqtisadiyyatı var. Azərbaycan xalqı torpaqlarımızın geri qaytarılması üçün köklənib. Burada alternativ fikir yoxdur. Bu məsələdə xalq, cəmiyyət prezidentlə bir yerdədir. Lakin beynəlxalq şərait hərbi əməliyyatların aparılması üçün normal şərait yaratmadığına görə, məsələ konkret olaraq ortaya gəlmir. Amma mən əminəm ki, biz zamanında torpaqlarımızı azad edəcəyik və iki yüz il davam edən Azərbaycan-Ermənistan münaqişəsinə birdəfəlik son qoyacağıq. Bununla da ermənilərə güclü dərs verəcəyik. Ondan sonra düşmən dövlətin qalıb-qalmaması aktual məsələ olaraq gündəmə gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB