"ABŞ ədalətsiz siyasəti ilə Ərdoğan qarşısında seçim qoymadı" ÖZƏL-MÖVQE
“ABŞ prezidenti Donald Tramp Türkiyəyə Patriotlarının satılmamasını ABŞ-ın sabiq prezidenti Barak Obama ilə əlaqələndirib. O, bir növ Obamanı günahlandırıb”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
“Bu məsələdə Obamanın xüsusi rolu var. Düzdür. Lakin, Obama olmasaydı Pentaqon buna izin verərdimi? Bu da maraqlı mövzudur. Türkiyə-İsrail münasibətlərinin korlandığı vaxtda Vaşinqton Ankara ilə hərbi müstəvidə əlaqələrini zəiflətməli idi və bunu da etdi.
Obamanın Şiyə dəhlizini dağıtmaq üçün Türkiyədən yox, kürdlərə üstünlük verməsi də ikitərəfli münasibətlərə zərbə vuran amillərdən biri idi. Çünki, Suriyada ABŞ-ın “at oynadığı” vaxt PYD-YPG-nın gücləndiyi hamıya məlumdur. Beləliklə, ABŞ ədalətsiz siyasəti ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qarşısında seçim qoymadı. Düzdür, onsuz da siyasətdən ədalətlilik gözləməyə dəyməz”-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB