“Əli Kərimliyə qarşı inzibatı qaydada cərimə tətbiq edilib”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, ümumiyyətlə görünən odur ki, AXCP sədri Ə.Kərimli özünü islah olunmaz küçə uşağı kimi aparır: “Hay-küy qaldırır, populist bəyanatlarla çıxışlar edir. Bu da onu göstərir ki, o öz ağlı ilə hərəkət etmir. Onu təxribatlar törətməyə, qeyri-qanunsuz çağırışlar etməyə təhrik edən xarici məkrli qüvvələr var. Bu baxımdan o anormal fəaliyyət yolu tutur. ər Azərbaycan hüquqi dövlətdir və məhkəmənin də qərarına hər kəs hörmətlə yanaşmalıdır. Təəssüflər olsun ki, müxalifət düşərgəsini təmsil edən şəxslər ənənəvi metodlarından istifadə edir. Özləri də çox gözəl bilirlər ki, əl atdıqları metodlar onlar üçün heç bir fayda gətirməyəcək. Çünki xalq bunları dəstəkləmir. Belə olan halda onlar hansı aksiyadan danışa bilərlər. Yaxşı olardı ki, müxalifət bu cür hərəkətlərindən əl çəksin. Demək olar ki, müxalifətin ancaq ümidi xaricidə olan havadarlarına qalıb. Yaramaz əməlləri ilə gündəmə gəlmək və xarici qüvvələrə özlərini reklam edərək maliyyə vəsaitləri əldə etməyə çalışırlar. Bunlara icazəli aksiyaların keçirilməsinə belə icazə verəndə həmin keçirdikləri aksiyalarda özlərindən və yaxınlarından başqa heç kəs olmur. İndi isə sözügedən şəxslərin bu cür qeyri-qanuni addımlara yol verməsi absurtdur, gülüş doğurur. Çünki onların hərəkətləri hüquqa ziddir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB