Azərbaycan böyük uğurlar əldə edib

Azərbaycan böyük uğurlar əldə edib

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində böyük uğurlar əldə edib. SİA xəbər verir ki, bunu Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma portalının təqdimat mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai deyib.

O, bildirib ki, Azərbaycanda DİM-in milliləşdirilməsi prosesi gedir və bu, çox yaxşı haldır. Q.İsaqzai eyni zamanda vurğulayıb ki, BMT DİM-lərin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir.

BMT rəsmisi qeyd edib ki, Milli Məlumatlandırma Portalının istifadəyə verilməsi DİM-lərin həyata keçirilməsi istiqamətində mühüm addımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə