“Azərbaycan-AŞPA arasında münasibətlər 20 ilə yaxındır davam edir" ÖZƏL-ŞƏRH

“Azərbaycan-AŞPA arasında münasibətlər 20 ilə yaxındır davam edir" ÖZƏL-ŞƏRH

“Azərbaycan və AŞPA arasında münasibətlər 20 ilə yaxındır ki, insidentsiz və qarşılıqlı anlaşma şəraitində davam etdirilir. Azərbaycan bu təşkilata qəbul olunması üçün şəxsi təşəbbüs göstərmiş və AŞPA-nın şərtləri daxilində bu birliyə üzv qəbul olunmuşdur". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, bu illər ərzində Azərbaycan Avropa Parlamentində mövcud problemlər və işğal faktları barədə kifayət qədər mövqeyimizi müdafiə edən qərarlar qəbul edilməsinə nail olub: "Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin ilk rəhbəri cənab İlham Əliyevin və onun komandasının bu illər ərzində əlimizə düşən mötəbər tribunadan maksimum yaralanmağa çalışırıdılar. 2003 –cü ildə İlham Əliyev büronun üzvü və AŞPA-nın vitse prezidenti seçilmişdir.

2008-ci ilin iyun ayında AŞPA BMT Baş Assambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” barədə Qətnaməyə istinadən erməni qüvvələrinin dərhal işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qərar qəbul edilir.

Bu kimi faktları davamlı olaraq sadalamaq mümkündür. Lakin bəzi hallarda AŞPA-nın Azərbaycanla bağlı qərarları ikili standart mövqeyindən verilir. Bu daha çox Ermənistanla bağlı məsələlərdə əksini tapır. Təbii ki, biz istərdik ki, AŞPA özünü də dəfələrlə təsdiq etdiyi kimi işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etsin. Lakin bu baş vermir. Bəzi ekspertlər bu ikili standartları xristian təəssübkeşliyi olaraq görsələr də mənim qənaətimcə bu belə deyil. İlk növbədə bizə qarşı tələblər əsasən insan haqları, sərbəst toplaşmaq və seçki qanunvericiliyi ilə bağlıdır. Azərbaycan bu sahədə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün çalışdığını bəyan edir və bu prinsipləri əsas götürdüyünü dəfələrlə vurğulayıb. Ermənistan isə hüquqi olaraq Avropaya inteqrasiya yönündə bir çox addımlar atıb. Sərbəst toplaşmaq hüquqlarının təmini, seçki sistemindəki dəyişiklik və “Parlament Respublikası” tipli idarəçiliyə keçid etsələr də onun tətbiqi real olaraq həyata keçirilməyərək avtoritar-korrupsioner rejim olaraq qalmaqda davam edirlər. İnsan haqları məsələsində Ermənistan riyakarlıq edir. Bu sahədə bizdən fərqli olaraq hüquqi baza yaradan Ermənistan Avropada bizdən daha demokrat olmaq obrazını yarada bildiyi üçün AŞPA parlamentarilərinin əsas hissəsinin bizə qarşı səmimi olmamasına gətirib çıxarır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə