"Ümumiyyətlə AXCP sədri Əli Kərimli və onun qaragüruh dəstəsinin hər zaman dövlət əleyhinə, ölkədə sabitliyi, stabilliyi pozmaq əleyhinə “xeyriyyə marafonu” adı altındakı kimi müxtəlif çağırışları, davranışları olub. Bu baxımdan deyərdim ki, bizim üçün burada təəccüblü və qeyri-adi heç bir şey yoxdur". Bunu SİA-ya açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib.
Media Qrupunun rəhbərinin sözlərinə görə, Azərbaycanda radikal müxalifətin destruktiv fəaliyyətinə artıq adət etmişik: "Hələ bir dəfə görməmişik ki, dövlət, xalq üçün lazımlı məsələlərdə radikal müxalifət mövcud hakimiyyətlə, xalqla birlik nümayiş etdirsin və eyni fikirdə olduğunu göstərsin. Bu heç bir zaman (istər Aprel döyüşləri olsun və s.) olmayıb. Onlar yenə də narazı idilər. Bu baxımdan görünür Əli Kərimli yenə də qərbdə, Avropada hər zaman sifariş aldığı qüvvələrdən, qruplardan növbəti sifarişi də alıb. Təbii ki, dünyada Azərbaycanı və onun uğurlarını gözügötürməyən qüvvələr var. Radikal müxalifət də onların buradakı “qeyrətçiləri” rolunda, sifarişlərinin icraçısı rolunda çıxış edirlər. Yəni heç bir haqla ölkədə sabitlik olduğu bir şəraitdə hansısa bir müxalifət partiyasının rəhbərinin sabitliyi pozmaq yönündə çağırışlar etməsi saxtakarlıqdır. Heç bir zaman normal düşünən insanlar, Azərbaycanı sevən insanlar, ölkədəki sabitliyi, stabilliyi qiymətləndirən insanlar onların arxasınca getməyəcək. Əlbəttə ki, bunu Əli Kərimli və onun ətrafındakı insanlar da çox yaxşı bilirlər. Sadəcə bu, növbəti bir su bulandırmaqdır. Düşünürəm ki, müvafiq hüquq-mühafizə orqanları vaxtında bu məsələyə müdaxilə edib və qarşısını almağa cəhd göstəriblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB