Elman Nəsirli: “ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində fəallığı Rusiya monopoliyasının məhdudlaşması deməkdir”
"Minsk qrupu həmsədrlərinin regiona səfəri 2011-ci ildə ilk dəfə olduğundan əhəmiyyətlidir". SİA-ya açıqlamasında bu sözləri politoloq Elman Nəsirli ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinə münasibət bildirərkən deyib. Regionda yeni geosiyasi vəziyyətin əlamətləri diqqəti cəlb etdiyini deyən ekspert bildirib ki, münaqişənin tənzimlənməsi prosesində 2010-cu il ərzində ən fəal tərəf kimi Rusiya çıxış edib. ABŞ-in il yarımdan sonra Azərbaycana səfirini göndərdiyini deyən E.Nəsirli qeyd edib ki, 2010-cu ilin noyabr ayında Konqresə keçirilən aralıq seçkilərdə qalib gələn respublikaçıların regionla bağlı fəal siyasətləri var: "ABŞ regionla bağlı siyasətində fəal iş aparmaq niyyətindədir. 2008-ci il prezident seçkisində qalib gələn Barak Obama üçün 2010-cu ilin sonuna kimi olan dövrü Cənubi Qafqazla bağlı strateji pauza kimi qeyd etmək olar. Bundan sonra isə Vaşinqtonun regionla bağlı siyasətində fəal olmasını proqnozlaşdırmaq olar. Yeni siyasi reallıqlar fonunda hesab edirəm ki, ABŞ-ın fəallığı bu prosesdə Rusiyadan az olmayacaq. Bu isə Rusiyanın bu sahədəki monopoliyasının məhdudlaşması deməkdir".
E.Nəsirli hesab edir ki, həmsədrlərin regiona səfərinin Ermənistandan başlaması xüsusi məna kəsb edir. Həmsədrlərin köhnə təkliflərlə gəldiyinin bəlli olduğunu söyləyən politoloq qeyd edib ki, Azərbaycan müəyyən texniki məsələlərə razı olmasa da yenilənmiş Madrid prinsiplərini prinsip etibarilə qəbul edib. E.Nəsirli hesab edir ki, səfərin məhz prinsipləri qəbul etməyən tərəfdən başlaması da məntiqlidir.
Ekspert qeyd edib ki, münaqişənin tənzimlənməsi imkanları üçün üç versiyaya diqqət yetirilə bilər: "Birinci versiya ondan ibarətdir ki, Sarkisyan rejimi nəhayət ki, konstruktivlik nümayiş etdirərək münaqişənin həlli üçün ciddi addımlar atır. Amma Ermənistan prezidentinin, həm də xarici işlər nazirinin keçən ilin sonu və bu ilin əvvəlindəki bəyanatları göstərir ki, işğalçı rejimdən belə bir addımı gözləməyin mənası yoxdur. İkinci versiya isə odur ki, Sarkisyan rejiminin qeyri-konstruktiv davranışına baxmayaraq həmsədrlər bu rejimi sülhə gəlməyə məcbur etməlidirlər. Bu versiyalardan heç biri effekt verməyəcəyi halda torpaqların hərbi yolla azad edilməsi versiyası önə çıxır. Hesab edirəm ki, həmsədrlərin Ermənistana, oradan Azərbaycana gəlirsə, bu ilk növbədə ATƏT-in öz simasını qorumaq üçün lazımdır. Əgər qurum Ermənistana lazımı təzyiqi göstərməsələr, İrəvan yenə də 2010 və ondan əvvəlki illərdə oynadığı oyunu oynayacaqsa, ATƏT öz simasına böyük zərbə endirə bilər. Bu baxımdan həmsədrlər nəyə qadir olduğunu göstərmək üçün səfərində xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bu olmayacağı təqdirdə isə müddətsiz, mənasız danışıqlar olacaq. Mənasız danışıqlar isə son nəticədə müharibəni labüdləşdirə bilər. Müharibəni istəməyən beynəlxalq birlik Ermənistana mütləq təzyiq etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB