Dünya şöhrətli alim Lütfi Zadə “Dostluq” ordeni ilə təltif edilib

Dünya şöhrətli alim Lütfi Zadə “Dostluq” ordeni ilə təltif edilib
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya şöhrətli alim Lütfi Zadənin elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə