Danışıqlar prosesində anlaşılmazlıq hökm sürür və Ermənistanın daxili siyasətində bu anlaşılmazlıq özünü göstərir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, bu sözləri “168 jam” qəzetinə müsahibəsində Rusiyalı politoloq Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, Azərbaycan heç zaman döyüş istəyindən imtina etməyib. Sadəcə bu və digər mərhələlərdə Azərbaycan geosiyasi mərkəzlərin dəstəyinə əmin olmayıb.
Siyasi analitik Pavel Felqenqauer isə öz növbəsində deyib ki, Ermənistanda baş verən inqlablar zamanı təmas xəttində eskalasiya baş verə bilərdi. Amma bu olmadı, çünki, Azərbaycanın inqlablar dövründə də danışıqlardan gözləntiləri var idi.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB