“Hazırda Ermənistanda qarşıdurma prosesi gərgin şəkildə öz əksini tapır. Lakin bu qarşıdurmanın nədən baş verməsi Azərbaycana maraqlı deyil. Bizə maraqlı olan məsələ onların ölkəmizə qarşı təxribatıdır. Düşmənin növbəti təxribatı ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı atəşkəsi pozaraq Azərbaycan ordusunun zabitinin qətlə yetirməsi oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Ermənistanın beynəlxalq hüquq normalarını açıq şəkildə tapdaladığını deyən politoloq həmsədrlərin bu məsələyə biganə yanaşmasına təəssüfünü ifadə edib.
F.Sadıqov söyləyib ki, Azərbaycana ATƏT-in Minsk qrupu həmsədərləri tərəfindən ümumi bəyanat deyil, məhz Ermənistana ünvanlanan bəyanat lazımdır.
Politoloq düşünür ki, Azərbaycan tərəfi erməni snayperlərinə qarşı adekvat cavab verəcək: “Çünki Ermənistan cavabsız qalmamalıdır. Görünür qarşı tərəf normal dildə münasibət qurmağı bacarmır. Əgər Ermənistan danışıqlara hazır deyilsə, boyun qaçırırsa, demək onlarla öz dillərində yəni güc, təxribatlarına zərbə ilə cavab vermək üslubu ilə danışmaq lazımdır. Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır və bizim torpaqlarımızdan atılan güllələr mütləq şəkildə cavablandırılmalıdır. Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülh, atəşkəsə riayət olinması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür".
Paşinyanın bu addımlarının acı nəticələrinə toxunan F.Sadıqov qeyd edib ki, əgər baş nazir öz sələflərinin atdığı addımları davam etsə, artıq ona qarşı etiraz edənlərin sayı artacaq: “Artıq İrəvanda Paşinyana qarşı etiraz edənlər var. Bu hələ başlanğıcdır. Çünki Paşinyan vaxtilə xarici siyasət istiqamətini dəyişdirmək, fərqli siyasət həyata keçirəcəyi ilə bağlı vədlər vermişdi. Lakin bu vədlərin heç biri yerinə yetirilmir. Paşinyan təcrübəsizliyi, siyasətdən kənar bir şəxs olmaqla yanaşı üstəlik də sələflərinin yolunu gedərsə, bu, onun devrilməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, onu devirən elə hərbçilərin özləri olacaq. Çünki bəzi mənbələr də qeyd olunur ki, Ermənistanda Paşinyana qarşı çevriliş cəhdləri hazırlanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB