“Cəbhət Ən Nüsra” məhv edildi SURİYADA

“Cəbhət Ən Nüsra” məhv edildi SURİYADA

Suriyanın Hama vilayətində ordu gücləri “Cəbhət Ən-Nüsra” terrorçularının hücumlarının qarşısını aldıqdan sonra, onların toplaşdığı nöqtələrə, eləcə də silah anbarlarına güclü zərbələr endirib. SİA xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının rəsmi SANA saytı məlumat yayıb. Belə ki, Əl-Huveyz qəsəbəsi yaxınlığında ordu gücləri idarəolunan raket vasitəsi ilə minalanmış avtomaşını məhv ediblər. Nəticədə sükan arxasında olan kamikadze və onu müşayiət edən terrorçular öldürülüblər.

Bundan əlavə, hərbçilər adıçəkilən terror qruplaşmasının ətrafdakı məntəqələrini – Hama vilayətinin şimal-qərbində yerləşən Şahranaz və Əl-Ənkavi qəsəbələrində yerləşdirilmiş texnikalarını və canlı qüvvələrini yerlə-yeksan ediblər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə