“Avropa Liqasının final oyunun 2019-cu ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərarı 2 il bundan öncə UEFA tərəfindən verilmişdi. Bakının idman strukturlarının yüksək tələblərinə cavab verməsi, müasir mehmanxana sisteminin, nəqliyyatın tələblərə uyğun, ən əsası isə təhlükəsizliyin ən yüksək səviyyədə olması UEFA-nın da diqqətindən yayınmadığı üçün belə bir böyük final yarışı Azərbaycanda baş tutdu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün, düşünülmüş, psinsipal siyasət nəticəsində Azərbaycanın əldə etdiyi uğurların UEFA rəhbərliyi tərəfindən dəfələrlə qeyd edildiyini deyən deputat söyləyib ki, Bakıda möhtəşəm Olimpiya Stadionunun tikilməsi, regionlarda Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, çoxsaylı turistlərin qəbul edilməsi üçün müasir tələblərə cavab verən müxtəlif zövqlərə və imkanlara cavab verən otellərin inşa edilməsi beynəlxalq marağı ölkəmizə cəlb edir..jpg)
Mirzəzadə söyləyib ki, mayın 29-da keçirilən “Arsenal” – “Çelsi” qarşılaşmasında hər kəs Avropa futbol mədəniyyətinin, futbolun yaxşı mənada təbliğinin şahidi oldu: “Oyunun təşkili yüksək səviyyədə idi. Həm təhlükəsizlik qaydaları, həm də tamaşaçılar öz yerlərini tapana qədər onlara könüllülərdən ibarət böyük bir dəstənin xidmət göstərməsi əvəzsiz idi: “Bunu da qeyd etmək yerinə düşər ki, futbol oyunu ərəfəsində xaricdən bəzi anti-Azərbaycan qüvvələr bu qarşılaşmanı gözdən salmağa, alınacağı təqdirdə oyunun başqa şəhərə keçirilməsinə dair maksimum güc ortaya qoydular. Lakin onların bütün bu cəhdləri nəticəsiz qaldı. Azərbaycanın paytaxtı Bakı şəhərindəki 68 min tamaşaçı tutumlu Olimpiya Stadionunda möhtəşəm futbol yarışı baş tutdu. Bununla da dünya bir daha Azərbaycanın artan gücünü, müasir dövlət olduğunu gördü”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB