Armenianreport: “Baş verənlər ictimaiyyətə təhlükə xəbərdarlığı verir”
Yerevanla “Stepanakert” (dırnaqlar bizimdir – R.R.) arasındakı qarşıdurma iki hissəli erməni ictimaiyyətinin münasibətlərinə təsirsiz ötüşə bilməzdi”. SİA xəbər verir ki, bu barədə armenianreport-un Ermənistanla “DQR” arasındakı kəskin böhranla bağlı təhlilində yazılıb. Qeyd olunur ki, son proseslər “milli azadlıq hərəkatı” dövründən bu yana ən kritik vəziyyəti göstərməkdədir. Maraqlıdır ki, həm Ermənistanın siyasi hakimiyyəti, həm də “DQR”in “rəhbərliyi” baş verənləri gizlətməyə də cəhd etmirlər. “Bunu necə gizlətmək olar ki, kəskin qarşıdurma nişanələri açıq-aşkar iki “paytaxt” arasındakı düşmənçiliyi sübut edir”, deyə erməni saytı yazır. SİTAT: “Son üç gündə “iki erməni dövlətində” baş verənlər ictimaiyyətə təhlükə xəbərdarlığı verir. Belə ki, Paşinyan hökuməti ilə “Artsax” arasındakı münaqişə kəskin fazaya keçid alıb".
Ermənistanın 28 may respublika günündə qondarma “DQR” rəhbərliyi ilk dəfə olaraq, bayram tədbirlərində iştirak etmədi
Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasındakı düşmənçilik münasibətinin yaranması daha bir məqamda özünü göstərib. Belə ki, Ermənistanın 28 may respublika günündə qondarma “DQR” rəhbərliyi ilk dəfə olaraq, bayram tədbirlərində iştirak etmədi. “Ermənistana ümumiyyətlə, “Artsaxdan” heç kim gəlmədi”, deyə yazılan məqalədə erməni baş nazirinin mətbuat katibi Vladimir Karapetyanın fikirləri də maraq doğurur. Onun sözlərinə görə, əgər Paşinyan mayın 9-da “Artsaxda” keçirilən tədbirlərə qatılaraq, həmin günü həm də özünün “bayramı” kimi qəbul edirsə, bu zaman Yerevan nəyə görə “Artsaxa” ayrıca dəvətnamə göndərməlidir? “Yaxud, əgər “Artsaxda” Ermənistanın respublika gününü həm də öz bayramları kimi qəbul edirlərsə, onda onlar da dəvətsiz şəkildə Yerevana gələ bilərdilər”, deyə Paşinyanın sözçüsü bildirib.
Beləliklə, faktiki olaraq, Paşinyanın çevrəsində publik şəkildə etiraf etdilər ki, onlar da “Artsaxın” mövcud “rəhbərliyini” Yerevandakı bayram tədbirlərində görmək istəməyiblər.
Nikolun oğlu Aşot Qarabağdan Yerevana köçürülüb – o “Artsaxa” göndərilərkən, səs-küylü piar kampaniyası aparan hakimiyyət indi ağzına su alaraq oturub
Təhlildə digər məqama toxunulur. Belə ki, İctimai rəydə ən çox müzakirə olunan məsələlərdən biri də baş nazirin oğlu Aşot Paşinyanın “Artsaxdakı” hərbi qulluğundan ani şəkildə Yerevana geri çağırılmasıdır. SİTAT: “Rəsmi şəkildə bəyan edildi ki, Aşot Paşinyan ştatlı bölüklərlə qısamüddətli hərbi təlimlərə qatılıb. O, hazırda Yerevan yaxınlığındakı hərbi hissədə - Sovetaşandadır. Müdafiə nazirinin sosial şəbəkələrdəki müzakirələrə əsəbi reaksiyası ictimai rəyi rəsmi versiyanın həqiqətdən daha uzaq olduğuna inandırdı. Axı bizim də xatırladığımız kimi, Paşinyan oğlunu “Artsaxa” hərbi xidmətə göndərərkən, bu məsələ nəhəng səs-küylə, fanfar səsləri altında ictimailəşdirildi, müvafiq piar kampaniyası aparıldı. Lakin onu təcili şəkildə Yerevana - isti yerə, müharibədən və “Artsax” rəhbərliyindən uzaq bir yerə köçürəndə hakimiyyətin təbliğat maşını sanki ağzına su alıb oturdu”.
Beləliklə, Yerevanla “Stepanakert” arasındakı münasibətlərin nə qədər kəskin həddə çatması elə Nikol Paşinyanın oğlunun Qabağdan Ermənistana köçürülməsindən də açıq-aydın hiss olunmaqdadır. Yəni görünən budur ki, Nikol oğlu Aşotun başına ən ağır iş gələcəyindən ehtiyat edib. Daha dəqiq desək, qarabağlı ermənilərin onun “gül balasını” necə deyərlər, gözümçıxdıya salmalarından, hətta öldürülməsi təhlükəsindən ehtiyat edib. Bu, artıq reallıqdır və aksiomadır. Yoxsa nə var idi ki, oğlu elə Qarabağdaca hərbi xidmətini davam etdirərdi. Amma hadisələr göstərir ki, Ermənistanla “DQR” arasındakı vəziyyət həqiqətən də kifayət qədər gərgindir.
Paşinyanın ətrafı baş nazirin oğlunun “Arsaxda” qalmasını təhlükəli olduğunu hesab ediblər
Bu baxımdan, erməni agentliyindəki məqalədə daha sonra yazılır ki, Yerevandakı qısamüddətli təlim kursları adi vaxtlarda olsaydı, bu çətin ki, ictimai rəyin diqqətini özünə cəlb edə bilərdi: “Lakin övlad Paşinyanın yerdəyişməsi kəskin böhran məqamında baş tutdu. Çox yəqin ki, Paşinyanın ətrafı baş nazirin oğlunun “Arsaxda” qalmasını təhlükəli olduğunu hesab ediblər. O, nəinki “Artsax” hakimiyyətinin girovuna çevrilə, həmçinin Ermənistanın baş nazirinə qarşı şantaj aləti kimi də istifadə oluna bilərdi. Əgər biz yanılırıqsa, onda nəyə görə hazırkı vaxta qədər Aşot Paşinyanı “Arsaxda” yerləşən əvvəlki xidmət yerinə geri qaytarmırlar?”
Paşinyan “Artsaxa” inqilab eksportunu edə biləcəkmi?
Müəllif, üçüncü məqama da toxunaraq yazır ki, “Stepanakertin” Robert Koçaryanı kor-koranə dəstəkləməsi Paşinyanı sözün həqiqi mənasında özündən çıxardı. “Hər kəsə aydın oldu ki, Nikol Paşinyan Robert Koçaryana orientasiya olunmuş “Artsaxdakı” mövcud rəhbərliyə hakimiyyətini qorumasına imkan verməyəcək”, deyə qeyd edilən təhlildə Paşinyanın ərazilərin verilməsi (işğal altındakı ərazilərimiz-R.R.) təhlükəsi yarandığı halda inqilabın “Artsaxa” eksport olunacağı ilə bağlı fikirlərini də xatırladıb. SİTAT: ““DQR”in birdən-birə iki “prezidentinin” (hazırkı və keçmiş-R.R.) Yerevana gələrək, məhkəmə qarşısında Robert Koçaryana görə amizn durmaları məsələsini Paşinyan özüə qarşı aşıq demarş kimi qiymətləndirdi. Yerevanda anladılar ki, “Stepanakert” arxasında konfrontasiya olan qırmızı həddi keçib. Təbii ki, Yerevanla “Stepanakert” arasında baş verənlər iki erməni cəmiyyətinə təsirsiz ötüşə bilməzdi. Əgər Ermənistanda Koçaryana nifrət edənlər bütünlüklə Paşnyanı dəstəkləyirlərsə, o cümlədən, “Arsaxdakı” hakimiyyətin dəyişilməsini istəyirlərsə, “ikinci erməni dövlətinin” əhalisi əksinə, kültəvi şəkildə Koçaryanın və “Stepanakertin” tərəfini tuturlar”.
Qeyd olunur ki, artıq sosial şəbəkələrdə neqativlik kütləsi tərəflərin bir-birinə münasibətlərində özünü göstərir. Erməni müəllif vəziyyətin nəzarətdən çıxmasına işarə edərək, bu qarşıdurmanın ermənilərə heç də yaxşı nə isə vəd etmədiyini yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB