Erməni deputat mandatından imtina etdi

Erməni deputat mandatından imtina etdi

Mayın 30-da "Mənim adımım" partiyasından olan deputat Narine Xaçaturyan mandatın təslim edilməsi üçün ərizə verib. SİA Ermənistana məxsu lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu, 31 may tarixində Ermənistan Milli Məclisinin iclasında parlament spikeri Ararat Mirzoyan tərəfindən bəyan edilib.

Parlamentarilərə məlumat verilib ki, qaydalara uyğun olaraq, mandatın təslim edilməsinə dair ərizəni təqdim edən deputat, bu qərarın elan edilməsindən sonra bir həftə müddətində ərizəsini geri götürməzsə, onun deputat mandatının təhvil verilməsi qəbul edilmiş hesab olunur, bu barədə ərizə qəbul edilir və Milli Məclis sədri tərəfindən imzalanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə