Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ədliyyə sisteminin inkişafı üçün yeni strategiyanı açıqlayıb. SİA-nın "Anadolu"ya istinadla verdiyi xəbərə görə, məhkəmə islahatlarının strategiyası 2 əsas istiqamət, 9 vəzifə, 63 məqsəd və 256 mərhələ nəzərdə tutur.
Dövlət başçısının sözlərinə görə, ədliyyə sahəsində islahatlar məhkəmə sisteminə olan inamı artıracaq və investisiya üçün əlverişli mühit yaratmağa kömək edəcəkdir.
"Baxmayaraq ki, Ankaraya verilən vədlər yerinə yetirilməyib, ədliyyə sistemindəki islahatlar Türkiyənin AB-yə tam üzvlüyünə bağlılığını göstərir", Ərdoğan deyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB