Ermənistan Zasın səfərini nümayiş etdirir

Ermənistan Zasın səfərini nümayiş etdirir

Zasyanın Ermənistana səfəri anlaşılmazlıqların bitdiyini təsdiq edən hal kimi nümayiş etdirilir. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında məlumat yayımlanıb. Sözügedən saytda Rusiyalı analitik Fyodor Lukyanovun “168 jam” qəzetinin jurnalisti ilə söhbətində KTMT ilə əlaqədar məsələyə toxunduğu da qeyd olunub.

“Düşünürəm ki, Ermənistana başqa hansısa zəmanət lazım deyildi. Strukturda belə bir şərait sadəcə sona qədər davam edə bilməzdi. Bu tərəflər üçün problemlərə gətirib çıxara bilər”, deyə Fyodor Lukyanov bildirib.

Aleksey Malaşenko da öz növbəsində deyib ki, formalaşan konsensus, əlbəttə, sevindirir, amma bu vaxta qədərki anlaşılmazlıqlar bir sıra boşluqlar yaradıb, hansıki, bunun üzərində işləmək lazımdır.

Onun sözlərinə görə, Zasın Ermənistana səfəri nümayiş olunur və bununla da anlaşılmazlığın bitdiyi göstərilir.
“Nə qədər ki, Ermənistan tərəfi öz mövqelərində geriyə çəkilməyəcək, Rusiya göründüyü kimi bu məsələnin həllini ləngidəcək. Sözsüz, aydın məsələdir ki, Ermənistan yaranmış bu şəraitə çox davam gətirə bilməyəcək”, -deyə Aleksey Malaşenko bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə