Qiymətli metallar bahalaşıb
Qızlın qiyməti bahalaşıb. SİA-nın məlumatına görə, Nyu-Yorkun əmtəə birjasında qızılın qiyməti 0.67 faiz artaraq troya unsiyasına görə, 1342 dollar təşkil edib. Digər qiymətli metalların da qiymətində bahalaşma müşahidə olunub. Belə ki, gümüşün qiyməti 1.96 faiz bahalaşaraq troya unsiyasına görə 28.62 dollar, platinin qiyməti 1.9 faiz bahalaşaraq troya unsiyasına görə 1833 dollar, palladiumun isə qiyməti 1.11 faiz bahalaşaraq troya unsiyasına görə 827 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə