İrəvanda etirazlar davam edir

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın işi üzrə məhkəməsinin keçiriləcəyi İrəvanın ümumi məhkəmə binasının həyətində etirazlar davam edir. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, məhkəmə binası qarşısında eks prezidentin tərəfdarları və əleyhidarları yığışıblar.

Bina qarşısında isə metal səddlər quraşdırılıb, hansı ki, son zamana qədər bunlar yox idi.

Xatırladaq ki, məhkəmənin qarşısında siyasi fəal Vardqes Qaspari və Robert Koçaryan tərəfdarlarının iştirakı ilə bir insident də baş verib. Qaspari, 1 Mart və 27 Oktyabr hadisələrini xatırladan posteri tutaraq, "Robic cani" deyə skandal yaradıb. Koçaryan tərəfdarları isə posteri onun əlindən zorla alıblar. Nəticədə isə “Beşinci kanal” kompaniyasının rəhbəri Armen Tavadyan da daxil olmaqla bir neçə nəfər insidentdə iştirak edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə