Bu gün parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil edildi

Bu gün parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil edildi
Milli Məclisinin bu gün keçirilən iclasında parlamentin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yenidən təşkilinə dair məsələyə baxılıb. SİA-nın məlumatına görə, deputatlar Fəttah Heydərov, Gülər Əhmədova, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət İntizam komissiyası təşkil olunub.
Hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.
Hər iki məsələ parlamentin iclasında səsə qoyularaq təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə