Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının, tədbirlər planına müvafiq olaraq, nəzərdə tutulan tədbirlər, yarış və müsabiqələr başa çatıb. Ağcabədi rayon məktəbliləri arasında keçirilən şahmat turnirində oğlanlar arasında Ağcabədi şəhər 11 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Röyal Qurbanov I, Ağcabədi şəhər 11 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Amil Qurbanov II, Ağcabədi şəhər 4 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Vidadi Qurbanlı III, qızlar arasında Ağcabədi şəhər 11 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Məryəm Abışova I, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Ülviyyə Quliyeva II, Ağcabədi şəhər 3 saylı məktəb-liseyin 4-cü sinif şagirdi Cəmilə Namazova III yerə layiq görülüb.
Komandalar arasında keçirilən intellektual oyun müsabiqəsində Ağcabədi şəhər 3 saylı məktəb-liseyin komandası I, Ağcabədi şəhər 8 saylı tam orta məktəbin komandası II, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin komandası III yeri tutub. Məktəb komandaları arasında keçirilən atıcılıq yarışında Ağcabədi şəhər 11 saylı tam orta məktəbin komandası I, Ağcabədi şəhər 4 saylı tam orta məktəbin komandası II, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin komandası III yeri tutub.
Müəssisə və təşkilatlar arasında mini-futbol üzrə keçirilən turnirdə Ağcabədi 40 saylı Yol İstismar MMC-nin komandası I, Ağcabədi Pedaqoji Kollecin komandası II, Ağcabədi şəhər Ticarət Mərkəzinin komandası III yeri tutub.
İnşa müsabiqəsi üzrə Ağcabədi rayon Şənlik kənd tam orta məktəbin 9-cu sinif şagirdi Ülviyyə Əliyeva I, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Süsən Həsənova II, Ağcabədi rayon Boyat kənd tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədli Ceyhunə III yeri tutub.
Bədii qiraət müsabiqəsi üzrə Ağcabədi şəhər 6 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Coşqun Qasımov I, Ağcabədi rayon Salmanbəyli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Rəşad Həsənov II, Ağcabədi rayon C.Quliyev adına Təzəkənd kənd tam orta məktəbin 9-cu sinif şagirdi Əlvan Əsgərli III yeri tutub.
Yarış qalibləri 10 may 2019-cu il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən ümumrayon tədbirində fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB